Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, sərhəd qoşunlarında və qanunvericiliyə uyğun yaradılmış digər silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan şəxslər hərbi qulluqçu statusu daşıyırlar. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Bu status Azərbaycan Respublikası vətəndaşlarına və müvafiq hallarda başqa dövlətlərin vətəndaşlarına şamil edilir. Toplanışlarda iştirak edən hərbi vəzifəlilər də hərbi qulluqçu statusuna malik olurlar. Dövlət əmək dəstələrində, humanitar istiqamətli və kommunal bölmələrdə alternativ xidmət keçən şəxslərə isə bu status şamil edilmir. Beləliklə, statusun əldə edilməsi şəxsin xidmət növü və qanunvericiliklə müəyyən edilmiş şərtlərlə bağlıdır.

