Hərbi qulluqçulara və onların ailə üzvlərinə müəyyən edilmiş qaydada pul müavinətləri ödənilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Müavinətlərin məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları hərbi hissədən məktubları pulsuz göndərmək hüququna malikdirlər. Onların həqiqi hərbi xidmət yerinə göndərilən məktubları və poçt bağlamaları da pulsuz göndərilir. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların şəxsi geyimləri də pulsuz poçt baratları ilə göndərilə bilər.
