Sahibliyin verilməsi, bir qayda olaraq, əşyanın özünün digər şəxsə təhvil verilməsi ilə həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb. Əvvəlki sahibin iradəsi ilə əşyanı əldə edən şəxs onun üzərində faktiki sahibliyi həyata keçirmək imkanına malik olduqda verilmə baş tutmuş sayılır. Bununla belə, qanunvericilik müəyyən hallarda əşya fiziki olaraq təhvil verilmədən də sahibliyin əldə olunmasına imkan yaradır. Belə hallarda əşyanı üçüncü şəxsin və ya özgəninkiləşdirənin özünün saxlamaqda davam etməsi nəzərə alınır. Sahibliyin hansı üsulla verilməsindən asılı olaraq müvafiq hüquqi şərtlərə əməl edilməlidir.