
Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni xidmət yerinə göndərilən polis əməkdaşlarının mənzil ehtiyaclarının ödənilməsi üçün zəruri tədbirlər görülməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan əməkdaşlara və onların ailə üzvlərinə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilir. Kompensasiyanın məbləği yaşayış məntəqəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilir. Xidmət yerinin dəyişdirilməsi ilə bağlı köç pulu və birdəfəlik kompensasiyalar da nəzərdə tutulur. Bu ödənişlərin məbləği və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
