
Polis əməkdaşlarına yol verdikləri intizam pozuntularına görə müxtəlif tənbehlər tətbiq edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. İntizam tənbehləri sırasına məzəmmət, töhmət və şiddətli töhmət daxildir. Həmçinin əməkdaşa xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq edilə, o, aşağı vəzifəyə keçirilə və ya xüsusi rütbəsi bir pillə aşağı salına bilər. Qanun polis əməkdaşının xidmətdən xaric edilməsini də intizam tənbehi kimi müəyyən edir. Polis təhsil müəssisələrində isə növbədənkənar xidmət naryadının təyin edilməsi və təhsil müəssisəsindən xaric olunma kimi əlavə tənbeh növləri tətbiq edilə bilər.
