Kritik informasiya infrastrukturu subyektləri təhlükəsizlik tələblərinə əməl etməyə borclu olacaqlar.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Aşkar edilən pozuntular səlahiyyətli orqanın tələbi ilə dərhal aradan qaldırılmalıdır.
Görülmüş tədbirlər barədə aidiyyəti quruma məlumat veriləcək.
Subyektlər ildə azı bir dəfə kibertəhlükəsizlik xidməti provayderi tərəfindən auditdən keçməlidirlər.
Auditin nəticələri səlahiyyətli orqana təqdim olunacaq.
Bu tələb informasiya təhlükəsizliyinin davamlı qiymətləndirilməsini təmin edəcək.