İnvestisiya qiymətli kağızlarının dövlət qeydiyyatı üçün tələb olunan bəzi sənədlər elektron dövlət informasiya sistemləri vasitəsilə əldə edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Sənədləri Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə etmək mümkün olduqda onların emitentdən ayrıca tələb olunmasına ehtiyac qalmır. Sənədlərin sistem vasitəsilə əldə edilməsi mümkün deyilsə, onların təqdim edilməsi emitentin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb oluna bilər. Alternativ olaraq, həmin sənədlərin təqdim edilməsi emitent tərəfindən təmin edilə bilər. Bu mexanizm qeydiyyat prosesində sənədlərin əldə edilməsini asanlaşdırmağa və təkrar sənəd tələblərini azaltmağa yönəlib.