İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi qeyri-müəyyən sayda şəxsə, media vasitəsilə və ya 50 nəfərdən artıq şəxsə edilən təklif hesab olunur. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Qapalı yerləşdirmə isə qiymətli kağızların 50 nəfərdən az şəxsə təklif edilməsi ilə həyata keçirilə bilər. Digər halda, buraxılış haqqında qərarda qiymətli kağızları əldə edəcək investorlar əvvəlcədən göstərilməlidir. Qanun kütləvi təkliflə qapalı yerləşdirməni investorların dairəsinə görə fərqləndirir. Bu bölgü qiymətli kağızların hansı qaydada yerləşdirilməli olduğunu müəyyənləşdirir.