Polis əməkdaşı yaşayış yerinə daxilolma zamanı şəxslərin şəxsi və ailə həyatı ilə bağlı öyrəndiyi məlumatları açıqlamamalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Bu tələb mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə əlaqədar polis əməkdaşının vəzifələrindən biridir. Yaşayış yerinə daxilolma zamanı əldə edilən şəxsi məlumatların qorunması şəxsi və ailə həyatına hörmət prinsipinin təmin edilməsinə xidmət edir. Polis əməkdaşı öz fəaliyyəti zamanı qanunvericiliklə müəyyən edilmiş məxfilik tələblərinə əməl etməlidir. Mənzil toxunulmazlığı ilə bağlı digər vəzifələr Cinayət-Prosessual Məcəllə və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunla da müəyyən edilir.