Polis əməkdaşı tutulan və ya həbsə alınan şəxsi təxirəsalınmadan polis orqanına gətirməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Tutulma və ya həbsəalma faktı qanunvericilikdə müəyyən edilmiş qaydada protokollaşdırılmalıdır. Şəxs həmin protokolla tanış edilməli, hər bir tutulma və ya həbsəalma faktı müvafiq polis orqanında qeydiyyata alınmalıdır. Bu prosedurlar görülmüş tədbirlərin rəsmiləşdirilməsini və onların qanuniliyinə nəzarət imkanını təmin edir. Polis əməkdaşı tutulmuş şəxsin qanunla nəzərdə tutulan digər hüquqlarını da təmin etməlidir.