Azərbaycan Respublikasında qiymətli kağızlar bazarı bir sıra hüquqi aktlar əsasında tənzimlənir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Bu sahədə Konstitusiya, Mülki Məcəllə, müvafiq qanunlar və digər normativ hüquqi aktlar tətbiq edilir. Mərkəzi Bankın normativ xarakterli aktları da qiymətli kağızlar bazarının hüquqi tənzimlənməsində rol oynayır. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr də bu sahədə hüquqi mənbələr sırasındadır. Beynəlxalq müqavilələrdə qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin müqavilələrin normaları tətbiq olunur.

