İnvestor qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcısı, yaxud onları almaq təklifini verən şəxs hesab olunur. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Qanun investor anlayışını yalnız artıq alış həyata keçirmiş şəxslərlə məhdudlaşdırmır. Qiymətli kağızları və ya törəmə maliyyə alətlərini almaq təklifi verən şəxs də bu kateqoriyaya daxildir. Qiymətli kağızlar bazarı isə həmin alətlərin emissiyası, buraxılması, tədavülü, ödənilməsi və saxlanılması ilə bağlı münasibətləri əhatə edir. Bu bazara mülkiyyətçilik, öhdəliklərlə yüklənmə, kompensasiya, dövlət tənzimlənməsi və digər əməliyyatlarla bağlı hüquqi və iqtisadi münasibətlər də daxildir.

