
Hərbi qulluqçunun həyat yoldaşının xidmət yerində işlə təmin olunması mümkün olmadıqda ona müəyyən hallarda aylıq pul müavinəti ödənilir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Müavinətin məbləği Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əməkhaqqına uyğun hesablanır. Hərbi qulluqçuların arvadlarına müvəqqəti əmək qabiliyyətini itirdikdə, iş stajından asılı olmayaraq, aldıqları qazanc məbləğində müavinət ödənilməsi də nəzərdə tutulur. Hərbi qulluqçunun məzuniyyətdə olduğu dövrdə həyat yoldaşına onun arzusu ilə hər il məzuniyyət verilməsi təminatlardan biridir. Bu müddəalar hərbi qulluqçuların ailə üzvlərinin əmək və sosial hüquqlarının qorunmasına xidmət edir.
