Uzun müddət hərbi xidmət keçmiş və müəyyən əsaslarla ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların tibbi təminat hüququ müəyyən şərtlərlə qorunur. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanun 20 il və daha çox xidmət etmiş müəyyən kateqoriyadan olan böyük və yüksək rütbəli zabitlərin hərbi tibb müəssisələrində tibbi yardım almaq hüququnu saxlayır. Müvafiq şərtlərlə onların həyat yoldaşları, 16 yaşınadək uşaqları və ailə başçısını itirməyə görə pensiya alan şəxslər də bu təminatlardan yararlana bilərlər. Həmin şəxslərin sanatoriya-kurort müalicəsi və istirahət hüquqları da qorunur. Hərbi xidmət vəzifələrinin icrası zamanı səhhətinə zərər dəymiş hərbi qulluqçuların isə qanunvericiliklə müəyyən edilmiş qaydada zərərin ödənilməsini tələb etmək hüququ var.

