Silahlı Qüvvələrdə 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular ehtiyata və ya istefaya buraxıldıqdan sonra da mənzil kooperativinə üzv olmaq hüququna malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanun bu hüququ hərbi qulluqçuların sonradan yaşayacaqları yaşayış məntəqələrində mənzil-tikinti və ya mənzil kooperativlərinə daxil olmaları üçün nəzərdə tutur. Bunun üçün seçilmiş yaşayış məntəqəsinin Azərbaycan Respublikasının ərazisində yerləşməsi tələb olunur. Hərbi qulluqçuların fərdi ev tikməsi və ya ev alması ilə bağlı maliyyə yardımı məsələləri də qanunda tənzimlənir. Bu imkan uzunmüddətli hərbi xidmət keçmiş şəxslərin xidmətdən sonrakı mənzil təminatını dəstəkləyir.

