Bələdiyyələr yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatları öz nizamnamələrində müəyyən edilmiş qaydada bələdiyyə iclasına təqdim edirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik hesabatlar isə növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Təqdim olunmuş maliyyə hesabatları bələdiyyə iclasının qərarı ilə 15 iş günü ərzində təsdiqlənir. İllik hesabatlar yerli əhalinin məlumatlandırılması üçün elan, bülleten, vərəqə, yerli mətbuat və rəsmi internet saytı vasitəsilə yayımlanır.