Büdcədənkənar dövlət fondlarının vəsaitləri yalnız müəyyən edilmiş təyinatı üzrə istifadə olunmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb. Həmin vəsaitlərin başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. Bu məsuliyyət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun müəyyən edilir.