İnvestisiya şirkətinin filialı hüquqi şəxs olmayan və şirkətin yerləşdiyi yerdən kənarda fəaliyyət göstərən ayrıca bölmədir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Filial investisiya şirkətinə icazə verilmiş xidmətlərin hamısını və ya bir hissəsini həyata keçirə bilər. Nümayəndəlik də hüquqi şəxs olmayan ayrıca bölmədir, lakin onun investisiya xidmətləri göstərmək hüququ yoxdur. Nümayəndəliyin əsas funksiyası investisiya şirkətinin mənafelərini təmsil və müdafiə etməkdir. Beləliklə, filialla nümayəndəlik arasındakı əsas fərq onların səlahiyyətləri və investisiya xidmətləri göstərmək imkanları ilə bağlıdır.

