Yaşa, xəstəliyə, ştatların ixtisarına və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular torpaq hərraclarında üstünlük hüququ əldə edə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Bu hüquq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, müvafiq kateqoriyadan olan şəxslərə şamil edilir. Üstünlük bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə keçirilən torpaq hərracları və müsabiqələri zamanı tətbiq olunur. Hüquq “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulan qaydada həyata keçirilir. Bu norma uzun müddət xidmət etmiş və müəyyən əsaslarla ehtiyata və ya istefaya buraxılmış şəxslərin torpaq əldə etmək imkanlarını dəstəkləyir.