Hərbi qulluqçular hazırlığı, xidmət keçməsi və tutduğu vəzifə nəzərə alınmaqla növbəti hərbi rütbənin vaxtında verilməsini tələb etmək hüququna malikdirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, hərbi xidmət vəzifələrini nümunəvi yerinə yetirən və yüksək mənəvi-döyüş keyfiyyətləri göstərən zabitlərə vaxtından əvvəl növbəti hərbi rütbə verilə bilər. Müəyyən hallarda zabitə tutduğu vəzifə üçün nəzərdə tutulan rütbədən bir pillə yüksək rütbə də verilə bilər. Bu qərarlar “Hərbi xidmət haqqında” qanunun tələblərinə uyğun qəbul edilir. Beləliklə, hərbi rütbələrin verilməsində qulluqçunun hazırlığı, xidməti fəaliyyəti və vəzifə borcunu yerinə yetirməsi əsas götürülür.

