
Hərbi qulluqçuların uşaqlarının yaşayış yeri üzrə uşaq bağçalarına, körpələr evlərinə və internat məktəblərinə yerləşdirilməsi üçün təminatlar müəyyən edilib. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Yerli icra hakimiyyəti başçıları müraciətdən sonra ən geci bir ay ərzində uşaqların müvafiq müəssisələrə yerləşdirilməsi üçün tədbirlər görməlidirlər. Bu öhdəlik müəssisənin hansı quruma tabe olmasından asılı deyil. Hərbi qulluqçulara uşaqlarının məktəbəqədər tərbiyə müəssisələrində saxlanılması xərclərinin ödənilməsi üçün də kompensasiya verilə bilər. Kompensasiyanın məbləği və ödənilmə qaydası müvafiq nazirliklər və baş idarələr tərəfindən müəyyən edilir.
