Şirvan sakini kanalizasiya arxına düşərək ölüb.

Heftelik.az xəbəri verir ki, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Şirvan sakini, 1981-ci il təvəllüdlü Namiq Babayev kanalizasiya arxına düşərək ölüb.

Regional Su Meliorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, ilkin araşdırmalar zamanı hadisənin yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi kiçik su arxında baş verdiyi müəyyən edilib. Həmin arxların dərinliyinin, adətən, 15-20 santimetr təşkil etdiyi və kanalizasiya infrastrukturu ilə əlaqəsinin olmadığı vurğulanıb.

Qeyd olunub ki, mərhumun səhhətində problemlər olub. Hadisənin onun səhhəti ilə əlaqədar müvazinətini itirməsi nəticəsində baş verməsi ehtimalı istisna edilmir.

Ölümün dəqiq səbəbi müvafiq araşdırma və tibbi ekspertizanın nəticələri əsasında müəyyən ediləcək.