Malların, xidmətlərin və proseslərin müəyyən edilmiş standartlara uyğunluğunun təsdiqlənməsi üçün uyğunluq sertifikatı və nişanından istifadə olunur. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanunda uyğunluq sertifikatı sertifikatlaşdırılmış malın, xidmətin, işin, prosesin, idarəetmə sisteminin və fiziki şəxslərin müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiqləyən sənəd kimi müəyyən edilib. Bu sənəd sertifikatlaşdırma sisteminin qaydalarına uyğun olaraq verilir. Uyğunluq nişanı isə müvafiq məhsulun, xidmətin, prosesin, idarəetmə sisteminin və fiziki şəxslərin müəyyən edilmiş tələblərə uyğunluğunu göstərir. Nişan sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilir və tətbiq olunur. Həmçinin uyğunluq nişanı müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır.

