İstehlakçı zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, qanunla müəyyən edilmiş tələblərdən birini irəli sürə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. İstehlakçı qüsurlu malın lazımi keyfiyyətli mala dəyişdirilməsini tələb edə bilər. O, həmçinin malın satış qiymətinin uyğun məbləğdə azaldılmasını istəyə bilər. Digər seçimlərə qüsurların əvəzsiz aradan qaldırılması və ya onların aradan qaldırılması üçün çəkilmiş xərclərin ödənilməsi daxildir. İstehlakçı malın başqa modelli, markalı və ya tipli malla əvəz edilməsini, yaxud müqavilənin ləğv olunaraq zərərin ödənilməsini də tələb edə bilər. Bu tələblərdən hansının irəli sürüləcəyini istehlakçının özü müəyyən edir.
