Məhkəmənin iştirakı olmadan iflas prosesinə başlamaq qərarı qəbul edən borclu müəssisə kreditorların yığıncağını çağırmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Borclu dövlət müəssisəsi olduqda yığıncaq barədə müvafiq icra hakimiyyəti orqanına da bildiriş göndərilməlidir. Kreditorların ilkin yığıncağı iflas prosesinə başlamaq barədə qərarın qəbul edildiyi gündən ən geci 21 gün ərzində keçirilməlidir. Bildiriş bütün məlum kreditorlara yığıncağa ən geci 14 gün qalmış sifarişli məktubla göndərilməlidir. Bundan başqa, bildiriş rəsmi dövri mətbu nəşrdə iki dəfə dərc edilməli, ikinci dərc yığıncağa ən geci 7 gün qalmış aparılmalıdır.