
Əmlak inzibatçısı təyin edildikdən sonra borclunun yeganə qanuni nümayəndəsi olur. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Borclunun müdiri yalnız əmlak inzibatçısının ona verdiyi konkret səlahiyyətlər çərçivəsində fəaliyyət göstərə bilər. Məhkəmə tərəfindən təyin edilən əmlak inzibatçısı ilə kreditorlar tərəfindən təyin edilən əmlak inzibatçısının səlahiyyətləri eynidir. Əmlak inzibatçısının səlahiyyətləri və onların şərhi ilə bağlı mübahisələr onun və ya mübahisədə iştirak edən digər tərəfin müraciəti əsasında məhkəmədə həll olunur. Məhkəmə inzibatçıya borclu və ya onun əmlakı ilə bağlı konkret tədbirlərin görülməsinə icazə verə, yaxud belə tədbirləri qadağan edə bilər.
