Əmlak inzibatçısı borclunun əmlakının satılmasının və əldə edilən vəsaitin kreditorlar arasında bölüşdürülməsinin daha məqsədəuyğun olduğu qənaətinə gələrsə, satış planı hazırlamalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Bu qərar kreditorlarla qanuna uyğun sazişin qüvvədə olmadığı və belə bir sazişin bağlanacağına dair əsaslı ehtimalların mövcud olmadığı halda qəbul edilə bilər. Əmlak inzibatçısı borclunun əmlakının satılması və satışdan əldə olunan pulun bölüşdürülməsi üçün plan tərtib etməlidir. Planın təsdiq edilməsi məqsədilə kreditorların yığıncağı çağırılmalıdır. Təsdiqlənmiş satış planına uyğun tədbirlərin həyata keçirilməsi də əmlak inzibatçısının vəzifəsidir.