
Sürücülük vəsiqəsi şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəd hesab olunur. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq iki növ sürücülük vəsiqəsi verilir. Vəsiqələrin bir növü motosiklet, moped, kvadrisikl, trisikl, avtomobil, tramvay və trolleybusları idarə etmək üçün nəzərdə tutulub. Digər növ sürücülük vəsiqəsi isə traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verir.
