60 yaşına çatmamış şəxslərə verilən sürücülük vəsiqəsinin etibarlılıq müddəti 10 ildir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. 60 və daha çox yaşı olan şəxslərin sürücülük vəsiqəsi onların 70 yaşı tamam olanadək qalan müddət üçün verilir. 70 və daha çox yaşı olan şəxslər üçün isə vəsiqənin etibarlılıq müddəti 2 il müəyyən edilib. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıdakı xəstəlikləri olan şəxslərə sürücülük vəsiqəsi tibbi arayışda göstərilən müddətə verilir. Lakin belə şəxslər üçün vəsiqənin etibarlılıq müddəti 2 ildən artıq ola bilməz.
