Hərbi xidmətdən buraxılmağa hazırlaşan müəyyən kateqoriyadan olan qulluqçuların mənzil təminatı üçün əvvəlcədən uçota alınması nəzərdə tutulur. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, yaşa görə buraxılmasına üç il qalmış hərbi qulluqçular komandanlığın vəsatəti ilə seçdikləri yaşayış yerində mənzilə və ya torpaq sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilə bilərlər. Uçota alınma barədə yerli icra hakimiyyəti başçıları və bələdiyyələr üç ay müddətində komandanlığa məlumat verməlidirlər. Bu mexanizm hərbi xidmətdən buraxılan şəxslərin mənzil ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsinə imkan yaradır. Mənzil və ya torpaq sahəsi ilə təminat qanunvericilikdə göstərilən şərtlər və qaydalar əsasında həyata keçirilir.

