Hərbi qulluqçular üçün xidmət həftəsinin müddəti onların xidmət kateqoriyasına uyğun müəyyənləşdirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi təhsil müəssisələrinin kursantları üçün həftə bir istirahət günü olmaqla altıgünlük müəyyən edilir. Zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün isə iki istirahət günü ilə beşgünlük xidmət həftəsi nəzərdə tutulur. Xidmət vaxtının bölgüsü hərbi hissənin döyüşə daim hazırlığını təmin etmək tələblərinə uyğunlaşdırılır. Bununla belə, döyüş hazırlığı və səfərbərlik tədbirləri zamanı xidmət vaxtının ümumi müddətinə məhdudiyyət qoyulmaya bilər.

