Vətəndaşların həqiqi hərbi xidmət və bağlaşma üzrə xidmət keçdikləri dövr ümumi əmək stajına daxil edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Xüsusi şəraitdə hərbi xidmət keçilən dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. Hərbi qulluqçuların hərbi xidmətlə bağlı olmayan işlərə və başqa vəzifələrin icrasına cəlb olunmasına isə Prezidentin müəyyən etdiyi qaydada yol verilir. Qanun hərbi qulluqçuların elmi, texniki, bədii və digər yaradıcılıq azadlığına da təminat verir. Lakin bu fəaliyyət onların hərbi xidmət vəzifələrinin icrasına mane olmamalıdır.