Əsirlikdə olan hərbi qulluqçular qanunda nəzərdə tutulan şərtlərə əməl etdikdə öz statuslarını saxlayırlar. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Eyni qayda bitərəf ölkələrdə tərksilah edilərək nəzarət altında saxlanılan hərbi qulluqçulara da aiddir. Bunun üçün onların hərbi andı pozmaması və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan cinayətləri törətməməsi tələb olunur. Bu şərtlər yerinə yetirildikdə əsirlik və ya nəzarət altında saxlanılma hərbi qulluqçu statusunun itirilməsi ilə nəticələnmir. Qanun həmin şəxslərin hüquqi statusunun qorunması üçün müvafiq şərtlər müəyyən edir.

