
Polis əməkdaşları xidmət zamanı hüquqa zidd hərəkətlərə yol verdikdə və ya intizam qaydalarını pozduqda məsuliyyət daşıyırlar. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Xidmət və icra intizamının pozulması, eləcə də polis əməkdaşının adına ləkə gətirən hərəkətlər intizam məsuliyyətinə əsas yaradır. Korrupsiyaya qarşı mübarizə qanunvericiliyinin müəyyən etdiyi tələblərin pozulması da müvafiq hallarda intizam məsuliyyətinə səbəb ola bilər. Bu pozuntular inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda qanunda nəzərdə tutulan intizam tədbirləri tətbiq edilə bilər. Polis əməkdaşlarının hüquqa zidd hərəkətlərinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıması da nəzərdə tutulur.
