Dövlət qurumu olmayan sahibkarlıq subyektlərinin kritik informasiya obyektlərinə nəzarət xüsusi qaydada həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda əksini tapıb.
Uyğunluğun yoxlanılması sahibkarlıq obyektinə gəlmədən aparılacaq.
Səlahiyyətli orqan yalnız metodiki köməklik və qiymətləndirmə məqsədilə dəvət əsasında obyektə gələ biləcək.
Belə hallarda aşkar olunan pozuntular sahibkarın məsuliyyətə cəlb edilməsinə əsas verməyəcək.
Bu yanaşma sahibkarların könüllü əməkdaşlığını təşviq etməyə hesablanıb.
Qayda təhlükəsizliklə yanaşı biznes mühitinin qorunmasına da xidmət edir.