
Hərbi xidmətin xarakteri və xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətləri hərbi qulluqçuların bəzi hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutur. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Hərbi qulluqçuların tətil etmək, həmkarlar ittifaqlarına üzv olmaq və xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüquqları yoxdur. Onların istehsal və vasitəçilik fəaliyyəti göstərən kooperativlərdə maaşlı ştat vəzifələri tutması da qadağandır. Xidmət şəraitindən asılı olaraq istirahət müddəti məhdudlaşdırıla, xidmət vaxtı artırıla və yaşayış yeri seçmək azadlığı məhdudlaşdırıla bilər. Bu məhdudiyyətlər hərbi xidmətin xüsusiyyətləri və qanunvericiliyin tələbləri ilə bağlıdır.
