Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların təhsili və ixtisası nəzərə alınmaqla işə düzəlməsinə təminat verilir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Hərbi hissələrdə və müəssisələrdə imkan olduqda xidmətdən buraxılmalı olan şəxslərə mülki ixtisasların öyrədilməsi təşkil edilir. Bu hazırlıq hərbi xidmət vəzifələrinin icrasından asudə vaxtlarda keçirilə bilər. Peşə hazırlığı müvafiq regionun dövlət müəssisələri, idarələri və təşkilatlarında da təşkil oluna bilər. Məqsəd hərbi qulluqçuların xidmət başa çatdıqdan sonra mülki əmək bazarında işləmək imkanlarını artırmaqdır.

