Müəyyən hallarda səhmlərin buraxılması zamanı emissiya prospektinin və informasiya memorandumunun hazırlanması tələb edilmir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Səhmdarlardan əlavə ödəniş tələb etməyən və dividendlərin ödənilməsi əvəzinə buraxılan səhmlər bu istisnalara daxildir. Belə səhmlər mövcud səhmlərlə eyni növdə olmalıdır. Tənzimlənən bazarda bir təqvim ili ərzində kütləvi təklif edilən səhmlərin həcmi emitentin nizamnamə kapitalının 10 faizindən az olduqda da müvafiq istisna tətbiq olunur. Qiymətli kağızların konvertasiyası zamanı da emissiya prospekti və informasiya memorandumu tərtib edilməyə bilər. Bu qaydalar yalnız qanunda sadalanan şərtlərə uyğun hallarda tətbiq edilir.

