İnvestisiya qiymətli kağızlarının emissiyasının dayandırılması reklam, yerləşdirmə və ya abunə yazılışı üzrə tədbirlərin Mərkəzi Bankın qərarı ilə dayandırılmasıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Emissiya dövlət qeydiyyatına alındıqdan sonra onun şərtlərinin və ya qanunun ikinci fəslinin tələblərinin pozulduğu aşkar edilərsə, Mərkəzi Bank müvafiq qərar qəbul etməlidir. Tənzimləyici pozuntunun müəyyən müddətdə aradan qaldırılmasını tələb edə bilər. Pozuntunun emissiyanı dayandırmadan aradan qaldırılması mümkün olmadıqda isə emissiya dayandırılır və pozuntuların aradan qaldırılması tələb olunur. Qərarda emitentin adı, qiymətli kağızların qeydiyyat nömrəsi və tarixi, habelə qərarın tarixi və əsasları göstərilməlidir.

