Polis əməkdaşlarının fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etməsi yaranmış təhlükənin xarakterinə uyğun olmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Qanun belə vasitələrin yalnız tam zəruri hallarda və təhlükəyə mütənasib şəkildə tətbiq edilməsini tələb edir. Bu prinsip polis əməkdaşının müdaxiləsinin məqsədinə və konkret vəziyyətin xüsusiyyətlərinə uyğun olmasını nəzərdə tutur. Fiziki qüvvə, xüsusi vasitələr və odlu silahdan istifadə zamanı qanunla müəyyən edilmiş şərtlərə əməl edilməlidir. Qanunvericilik bu vasitələrin tətbiqi ilə bağlı polis əməkdaşlarının məsuliyyətini də nəzərdə tutur.