Ələt azad iqtisadi zonasında qiymətli kağızlar bazarı sahəsində münasibətlər xüsusi hüquqi çərçivəyə uyğun tənzimlənir. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Həmin münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada tənzimlənir. Bununla yanaşı, “Qiymətli kağızlar bazarı haqqında” qanun Mülki Məcəllənin 1078-2.2-1-ci maddəsi ilə müəyyən edilən qiymətli kağızlara şamil olunmur. Qanunda kraudfandinq çərçivəsində qiymətli kağızların emissiyası, kütləvi təklifi və yerləşdirilməsi üçün də ayrıca qayda nəzərdə tutulub. Bu müddəa 2027-ci il yanvarın 24-dən qüvvəyə minəcək və həmin əməliyyatlar “Kraudfandinq haqqında” qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

