Depo hesabı müştərinin qiymətli kağızlara olan hüquqları barədə qeydlərin aparılması üçün açılan hesabdır. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. Belə hesab mərkəzi depozitarın üzvünün müraciəti əsasında müştəri üçün mərkəzi depozitarda açılır. Hesabda müştərinin qiymətli kağızlarla bağlı hüquqlarına dair məlumatlar əks etdirilir. Pul hesabı isə qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlar üzrə pul qalıqlarını göstərir. Bu hesablar qiymətli kağızlarla bağlı hüquqların və əməliyyatlar üzrə pul vəsaitlərinin uçotunda fərqli funksiyalar daşıyır.