Adambaşına düşən gəliri müəyyən edilmiş dolanacaq minimumundan aşağı olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrinə maddi yardım göstərilir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Yardım yerli icra hakimiyyəti başçıları tərəfindən qanunvericilikdə müəyyən edilmiş məbləğdə və qaydada təmin edilir. Müəssisə, idarə və ya təşkilat ləğv edilərkən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının arvadları ən geci iki həftə ərzində işlə təmin olunmalıdırlar. Bu öhdəlik müvafiq yerli icra hakimiyyəti orqanlarının üzərinə qoyulur. Təminatın məqsədi hərbi qulluqçuların ailələrinin maddi çətinliklərlə üzləşməsinin qarşısını almaqdır.