
Polis əməkdaşlarının xidmət statusu xüsusi rütbələrlə müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Xüsusi rütbələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir. Onların verilməsi üçün əsaslar və müvafiq prosedurlar daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnaməyə uyğun tənzimlənir. Xüsusi rütbələr polis xidmətində vəzifə və xidmət statusunun müəyyənləşdirilməsində əhəmiyyət daşıyır. Rütbələrin verilməsi qanunvericiliyin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilməlidir.
