İnvestisiya qiymətli kağızlarının emissiyası qanunla müəyyən edilmiş mərhələlərin ardıcıl həyata keçirilməsini nəzərdə tutur. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli kağızlar bazarı haqqında” qanunda əksini tapıb. İlk mərhələdə emitent qiymətli kağızların buraxılması barədə qərar qəbul edir. Kütləvi təklif zamanı emissiya prospekti və ya qanunda nəzərdə tutulan hallarda informasiya memorandumu hazırlanır. Daha sonra Mərkəzi Bank buraxılışı dövlət qeydiyyatına alır, müvafiq sənədi təsdiqləyir və qiymətli kağızlar yerləşdirilir və ya tənzimlənən bazarlarda ticarətə buraxılır. Emissiyanın yekunları barədə hesabatın təsdiqi və məlumatların açıqlanması da qanunda nəzərdə tutulan hallarda həyata keçirilir.

