Hərbi qulluqçuların əsas vəzifələrindən biri komandirlərin və rəislərin əmrlərinə riayət etməkdir. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” qanunda əksini tapıb. Qanunvericiliyə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlarına ciddi əməl etməlidirlər. Onlar hərbi andın tələblərinə uyğun olaraq dövlətə sadiq olmalı və ölkənin mənafeyini qorumağa borcludurlar. Silahlı Qüvvələrin nizamnamələrində nəzərdə tutulan digər vəzifələrin yerinə yetirilməsi də hərbi qulluqçuların öhdəliklərinə daxildir. Bu vəzifələrin icra qaydası müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.