Nəqliyyat vasitəsinin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı qanunla müəyyən edilməyən sənədləri tələb edən vəzifəli şəxslər məsuliyyətə cəlb olunacaqlar. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Qeydiyyat və qeydiyyatdan çıxarılma prosesində süründürməçiliyə yol verilməsi də məsuliyyət yaradan hallara daxildir. Həmçinin bu prosedurların həyata keçirilməsindən qanunsuz imtina edən vəzifəli şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Nəqliyyat vasitəsinin sahibi süründürməçilikdən və ya imtina qərarından inzibati qaydada şikayət edə bilər. O, eyni zamanda bu hallarla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir.
