Əmlak inzibatçısının əmək haqqı və fəaliyyəti ilə bağlı xərclər qanunda müəyyən edilmiş növbəlilik siyahısına uyğun ödəniləcək. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Əmlak inzibatçısının saxlanması ilə bağlı xərclərin məbləği kreditorlarla onun arasında bağlanan saziş əsasında müəyyənləşdiriləcək. Belə bir saziş olmadıqda xərclərin məbləğini məhkəmə müəyyən edəcək. Bu qayda əmlak inzibatçısının fəaliyyətinin maliyyələşdirilməsini tənzimləyir. Eyni zamanda, xərclərin müəyyənləşdirilməsində kreditorlarla inzibatçı arasında razılaşmaya üstünlük verilir.