
Borclunun əmlakını təşkil edən aktivlər, qanunda nəzərdə tutulmuş istisnalar və məhkəmənin başqa qərarı olmadığı hallarda, açıq hərrac yolu ilə satılmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Açıq hərrac borclunun müflis elan edildiyi tarixdən ən geci 30 gün ərzində keçirilməlidir. Hərracı əmlak inzibatçısı özü təşkil edə və ya bu məqsədlə müvafiq ixtisasa malik üçüncü şəxslə müqavilə bağlaya bilər. Borclunun əmlakının başlanğıc qiyməti inzibatçı tərəfindən qanuna uyğun qiymətləndirmə əsasında müəyyən edilir. Əmlak kreditorların kommersiya mənafelərinə daha uyğun qiymət təklif edən alıcıya satılmalıdır.
