
Haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində reklam istehlakçısına zərər dəydikdə, həmin zərər məhkəmənin qərarı ilə ödənilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, zərərin ödənilməsi vəzifəsi məhkəmə tərəfindən təqsirkar bilinmiş reklam fəaliyyətinin subyektinin üzərinə düşür. Mal, iş və xidmət haqqında yanlış və ya yarımçıq məlumat, eləcə də haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı istehlakçının tələblərinə baxılarkən onun xüsusi biliyə malik olmadığı ehtimalı əsas götürülməlidir. Bu ehtimal istehlakçının aldığı məhsulun xassələri və xarakteristikası barədə xüsusi biliyinin olmamasını nəzərdə tutur. Qanun bununla istehlakçının məlumat çatışmazlığı və reklam vasitəsilə aldadılması nəticəsində yaranan zərərdən müdafiəsini təmin edir. Dövlət də istehlakçıların öz hüquqları və onların müdafiəsi barədə zəruri məlumat əldə etməsi üçün şərait yaratmalıdır.
